Saakaşvili və ətrafı 2 milyard dollar pul mənimsəyib
04 Mart 2009 Çərşənbə 12:10
Tiflis – APA. “Ədalətli Gürcüstan Uğrunda Hərəkat”ın lideri, sabiq baş nazir Zurab Noqaideli sensasiyalı açıqlama ilə çıxış edib. APA-nın Gürcüstan xəbər saytlarına istinadən verdiyi məlumata görə, Z. Noqaideli prezident Mixail Saakaşvili və yaxın ətrafının silah alınması üçün dövlət büdcəsindən ayrılmış 2 milyard dollardan artıq vəsaiti mənimsədiyini bildirib:
“Hələ 2007-ci ilin yayında silah alınması məqsədilə böyük məbləğlərin xərcləndiyi və bu prosesdə Saakaşvili ilə Merabişvilinin iştirakı barədə söz-söhbət yayılsa da, mən buna inanmamışdım. Hətta bu haqda sənəd-sübut görsəydim, yəqin ki, yenə inanmazdım. Bir dəfə dostum bu məsələdən söhbət açanda onu onuncu mərtəbədən atmaq istəmişdim. Çünki ərazi bütövlüyü və milli ordunun Saakaşvili üçün ən müqəddəs şeylər olduğunu düşünürdüm. İndi isə görürəm ki, bizim silah alınması üçün ayırdığımız 2 milyard və bir neçə yüz milyon dollar pulu əslində Saakaşvili və yaxın ətrafı oğurlayıb. Bizə silah lazım olanda gördük ki, bu silahlar yoxdur, olanlar isə yararsızdır. Bu, vətənə xəyanətdir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar