Saakaşvili təqib olunacaq
03 Dekabr 2009 Cümə Axşamı 16:40
Gürcüstan müxalifəti etiraz aksiyalarının növbəti mərhələsinə başlayır
Gürcüstanda siyasi gərginlik səngimək bilmir. Belə ki, müxalifət nümayəndələri ölkə başçısı Mixail Saakaşvili hakimiyyətinə qarşı növbəti etiraz aksiyası keçirməyi planlaşdırır. Müxalifət liderlərindən biri Levan Qaçeçiladzenin sözlərinə görə, gürcü müxalifəti prezidentin istefaya getməsi üçün mübarizənin üçüncü mərhələsinə başlayacaq.

"Mübarizədə hakimiyyət qalib gələrsə, diktatura bərqərar olacaq. Əgər müxalifət qələbə çalarsa, bu halda Gürcüstanın dirçəlməsi baş verəcək", - deyə Qaçeçiladze bildirib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar