Saakaşvili qətlə yetirilə bilər
02 Fevral 2010 Çərşənbə Axşamı 00:55
Gürcüstanın sabiq XİN başçısı onu ehtiyatlı olmağa çağırıb
Tezliklə Gürcüstan prezidenti Mixail Saakaşviliyə qarşı sui-qəsd oluna bilər. Belə bir bəyanatla Saakaşvili hökumətində vaxtilə yer alan, sabiq xarici işlər naziri Salome Zurabişvili çıxış edib. Onun fikrincə, prezidentin yaxın çevrəsi onun siyasi perspektivinə inanmadığı üçün belə bir varianta əl ata bilər.
"Hakimiyyət komandasında Saakaşvilinin siyasi gələcəyinin üstündən xətt çəkildiyini düşünənlər var. Hər halda bunu istisna etmək olmaz. Ona görə də Saakaşvilinin yaxın çevrəsi onun aradan götürülməsi prosesinə start verə bilər. Buraya prezidentin qətlə yetirilməsi variantı da daxildir", - deyə sabiq nazir bildirib.
Zurabişvili dövlət başçısını ehtiyatlı olmağa da çağırıb: "Saakaşvilinin yerində olsaydım, ehtiyatlı hərəkət edərdim".ANSPRESS
DOSTLARINLA PAYLAŞ: