Saakaşvili qalstukunu çeynedi
27 Oktyabr 2013 Bazar 03:30
Gürcüstan prezidentinden görünmeyen, qeyri-adi davranış.
Bu gün Gürcüstanda keçiriləcək prezident seçkilərdən sonra siyasi arenadan getməyə hazırlaşan Mixail Saakaşvili ilə bağlı maraqlı video-görüntü yayımlanıb.

ANS PRESS-in məlumatına görə, telefonla danışan Saakaşvili əsəbindən qalstukunu ağzına qoyaraq çeynəməyə başlayır.

Bununla bağlı Gürcüstan mətbuatına açıqlama verən Saakaşvili, müharibənin ən ağır günlərində öz kabinetində olduğunu deyir: "Onda kabinetə kamera qoyulmuşdu və gün ərzində bir neçə dəfə birbaşa yayımla müsahibəni verirdim. Kalstuku ağzıma alıb çeynədiyim anda da kamera işə düşmüşdü və mənim bundan xəbərim yox idi. Bu kadrlar da YouTube saytına düşdü. Bir daha deyirəm ki, həqiqətən o günlərdə çox narahat olurdum. Bunu yəqin ki, istənilən insan edərdi. Çünki, hər saatdan bir qurbanlar və dağıntılar barədə məlumat verirdilər. Buna görə də bu davranışımda qeyri-adi heç nə görmürəm".

Qeyd edək ki, bu görüntü, 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstan ərazilərini zəbt etdiyi vaxtlarda lentə alınıb.






DOSTLARINLA PAYLAŞ:

oyunlar