"Yalnız ABŞ və Avropanın Tiflisi davamlı dəstəkləməsi Rusiyanın oyuncaq rejim qurmaq məqsədi ilə ölkəmizə müdaxiləsinin qarşısını alır". ANS PRESS-in “Georgia Online”yə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili “The Times” qəzetinə müsahibəsində deyib.
Saakaşvili hesab edir ki, münaqişə zonalarında gərginliyin artması Kremlin Qərbin möhkəmliyini yoxlamaq istəyi ilə bağlıdır.
“Putinin bizə hücum etmək və hər şeyə son qoymaq üçün lazımi əsasları var. Lakin o hələ də polisdən qorxan "küçə uşağı" olaraq qalır. Sadəcə bu dəfə polis zəng vuraraq onu xəbərdar edib”, - deyə Saakaşvili bildirib.
Saakaşvili müsahibəsində qeyd edib ki, osetinlər gələcəkdə özləri Gürcüstanın tərkibinə qayıdacaqlar. "Bu, Rusiya işğalının mahiyyəti aydın olandan sonra baş verəcək", - deyə o vurğulayıb.
Abxaziyanın qayıtmasına gəldikdə isə, Saakaşvili Gürcüstanın qərbində iqtisadiyyatın inkişafına sərmayə yatırmaqla bu respublikanı yenidən Gürcüstanın tərkibinə dönəcəyinə ümid etdiyini bildirib. /ANS PRESS/