Saakaşvili Obamaya məktub göndərib
07 Dekabr 2010 Çərşənbə Axşamı 18:55
Məktubda Gürcüstanın sülhməramlı təşəbbüsünün detalları yer alıb
Gürcüstan prezidenti Mixail Saakaşvili beynəlxalq təşkilatlar və ABŞ dövlət başçısı Barak Obamaya məktub ünvanlayıb. Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladzenin verdiyi məlumata görə, məktubda Mixail Saakaşvilinin noyabrın 23-də Avropa Parlamentinin sessiyasında etdiyi çıxışı öz əksini tapıb.
“Dövlət başçısı BMT-nin baş katibi, Avropa Birliyi, ATƏT rəhblərliyinə, eləcə də NATO baş katibi, ABŞ və Avropa Komissiyasının prezidentlərinə məktub ünvanlayaraq, onları Gürcüstanın sülhməramlı təşəbbüsü ilə tanış edib”,- deyə o bildirib.
Qeyd edək ki, Mixail Saakaşvili Avropa Parlamentində çıxışı zamanı bildirmişdi ki, Gürcüstan ərazi bütövlüyü və suverenitetini bərpa etmək üçün güc tətbiq etməyəcək. Bununla belə, o, Avropa Parlamentini Rusiya qoşunlarının Gürcüstan ərazisində olmasına və işğalına dair qərar qəbul etməyə çağırıb.
DOSTLARINLA PAYLAŞ: