Saakaşvili nazirlərin kefini pozdu
03 Sentyabr 2010 Cümə 23:10
Məmurlar ölkənin inkişafı naminə qənaət etməli olacaq.
Gələn ildən gürcü nazirləri “kəmərlərini sıxmalı” olacaq. Bu bəyanatı Gürcüstan prezidenti Mixail Saakaşvili açıq havada parlament üzvlərinin qarşısında çıxış edərkən deyib. “2011-ci ilin büdcəsi “kəmərlərin sıxılmasını” nəzərdə tutur. Bu, dünyada böhranın olması ilə əlaqədar deyil. Növbəti ilin büdcəsi Gürcüstanın inkişafına xidmət etməlidir”,- deyə Saakaşvili bildirib.

Prezidentin hesablamalarına əsasən, iqtisadi sıçrayış üçün 5-6% artım kifayət etmir, bu göstərici illik olaraq 6 faizdən 7 faizə kimi olmalıdır. Büdcə xərclərinə toxunan Gürcüstan dövlət başçısı bunun nazirlər də daxil olmaqla, bütün məmurlara aid olduğunu bildirib.

“Dövlət aparatında əmək haqqları artırılmalıdır. Lakin məsələn, nazirlərin səfərlərini "biznes-klass"la həyata keçirmələri o qədər də mühüm deyil. Uçuşlar adi insanlarla birgə "ekonom-klass"la həyata keçirilsin”,- deyə Saakaşvili vurğulayıb.

Prezident həmçinin dövlətin balansında olan bahalı avtomobillərə diqqət yetirib: “Heç bir idarə, o cümlədən parlament və ya ali məhkəməyə məxsus dövlət maşınlarının dəyəri 15 min avronu ötməməlidir. İstisna hallar ancaq xüsusi əməliyyat və nümayəndəlik məqsədi ilə həyata keçirilə bilər”,- deyə prezident qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar