Saakaşvili narkomandır
07 Dekabr 2009 Bazar Ertəsi 14:35
Georgi Xaindrava: Saakaşvili narkomandır. O, özünün də vaxtilə narkoman olduğunu etiraf edib.
Gürcüstanın keçmiş dövlət naziri Georgi Xaindrava bildirib ki, prezident Mixail Saakaşvili narkotik istifadəçisidir.
“Bütün cavadehliklə deyə bilərəm ki, Saakaşvili – narkomandır. Sözlərimin əsassız olmaması üçün onunla birgə laboratoriyada qan analizi verməyə hazıram”, deyə Xaindrava Gürcüstanın “Alaval –dasavali” həftəlik jurnalına bildirib.
O, həmçinin Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini Gürcüstan ərzisindən keçən narkotiklərə nəzarətdə ittiham edib. “V.Merabişvili Gürcüstanın mərkəzi “barıqo”sudur (kriminal aləmdə oğrulardan oğurluq mala alan şəxsə deyilir”.
Bununla yanaşı, Xaindrava bildirib ki, o da vaxtilə narkotikdən istifadə edib, amma hazırda bu işi tərkidib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar