Saakaşvili müxalifəti sakitləşdirdi
03 Sentyabr 2010 Cümə 23:45
Saakaşvili növbəti prezident seçkilərində iştirak etməyəcəyini bir daha bəyan edib.
Gürcüstan lideri Mixail Saakaşvili növbəti prezident seçkilərində iştirak etməyəcəyini bir daha bəyan edib. O, dünyanın bir çox ölkələrində olduğu kimi referendum keçirmək və üçüncü dəfə prezident seçkilərində iştirak etmək niyyətində olmadığını deyib.
“Bunu Gürcüstanda da etmək olduqca asandır, lakin biz bunu etməməliyik...”,- deyə Saakaşvili söyləyib.
Qeyd edək ki, M. Saakaşvilinin prezidentlik səlahiyyətləri 2013-cü ildə başa çatır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: