Saakaşvili müxalifəti dialoqa çağırdı
15 Aprel 2009 Çərşənbə 18:50
«Bütün daxili və xarici təhdidlərə cavab vermək üçün bizə birlik lazımdır»

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə müxalifətini mitinqləri dayandırmağa və danışıqlar masası arxasına keçməyə çağırıb. O, yeni qaz kəmərinin açılışını etdiyi Axaltsize şəhərində yerli sakinlərlə görüşdə belə bir bəyanatla çıxış edib: «Biz xalqımızın problemlərinin həlli üçün danışıqlar masası arxasında oturmalıyıq».
Bununla belə Gürcüstan prezidenti bildirib ki, bu gün evdə oturanların sayı aksiyalarda iştirak edənlərdən çoxdur və onların da çətinlikləri var: «Bütün daxili və xarici təhdidlərə cavab vermək üçün bizə birlik lazımdır». /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar