Saakaşvili Müstəqillik günündən məhrum olacaq?
03 Aprel 2013 Çərşənbə 10:45
Gürcüstan prezidentinin Müstəqillik günü ilə bağlı paradı qəbul etmək hüququndan məhrum ediləcək.
Gürcüstanda 26 may-Müstəqillik günü münasibətilə ənənəvi olaraq təşkil edilən paradın qəbulu prezident Mixail Saakaşvilidən alınır. ANS PRESS-in "Qruziya online"a istinadən verdiyi məlumata görə, parlamentin təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib ki, bayram paradını bundan sonra prezident M.Saakaşvili deyil, gürcü xalqı qəbul edəcək.

"Bu səhv yanaşma idi. Müstəqillik günü Gürcüstan xalqı üçün önəmli bir gündür. Bu bayramı biz birgə unudulmaz şəkildə qeyd etməliyik",- deyə komitə sədri bildirib.

Qeyd edək ki, son vaxtlar Saakaşvilinin Vahid Milli Hərəkat partiyasının böyük əksəriyyəti və rəqibləri hakimiyyəti prezidenti 26 may paradını qəbul etmək hüququndan məhrum etməyə çağırırlar.




DOSTLARINLA PAYLAŞ:

oyunlar