Saakaşvili Kutaisidə çətin anlar yaşadı
19 Dekabr 2012 Çərşənbə 20:15
Prezidentin kortejinə daşlar atıldığı barədə məlumat yayılıb.
Mixail Saakaşvilinin istefasının tərəfdarları Kutaisidə prezidentə çətin anlar yaşadıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, 600-dək adam Saakaşvilinin istefası tələbi ilə Milli Hərəkat Partiyasının yerli ofisinin qarşısında aksiya keçirib. Aksiya davam edən zaman Saakaşvili binadan çıxmaq istəyib, lakin bu an etirazçılar ona mane olmağa çalışıb. Yalnız təhlükəsizlik qüvvələrin müdaxiləsindən sonra prezident binadan çıxa bilib.

Gürcüstanın bəzi KİV-ləri etirazçıların prezidentin kortejinə daşlar atdığı barədə məlumat yayıb.

Kutaisidəki hadisə Gürcüstan parlamentində gərginliyə səbəb olub. Aksiyaçıların deputat Akaki Minaşviliyə qarşı fiziki güc tətbiqi cəhdinə polisin zəif müdaxiləsinə etiraz əlaməti olaraq Milli Hərəkar Partiyasının deputatları iclas zalını tərk edib. Onları hətta parlamentin spikeri David Usupaşvili də sakitləşdirə bilməyib. Onun polisdən baş verənlərin izahının tələb etməsi və “bu cür hərəkətlər hamımız üçün pis nəticələ bilər” deməsi Saakaşvilinin partiyasından olan deputatların zalı tərk etməməsi üçün kifayət etməyib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar