Saakaşvili İvanişvilinin təklifini rədd etdi
27 Fevral 2013 Çərşənbə 08:01
Gürcüstan prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətindən tamamilə imtina etmək qərarına gəlib.
Gürcüstan prezidenti Mixail Saakaşvili Xüsusi Dövlət Mühafizə Xidmətindən tamamilə imtina edib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, İvanişvili hökuməti prezidentə maraqlı təklif verib. Həmin təklifə əsasən, şəxsi mühafizənin gücləndirilməsi əvəzinə Saakaşvili Konstitusiyaya dəyişikliklərin edilməsinə razılıq verməli idi. Lakin dövlət başçısı bu təklifi rədd edib.
Gürcüstan prezidentinin rəsmi nümayəndəsi Manana Mancqaladze bildirib ki, Mixail Saakaşvili özünü Konstitusiyadan yuxarı tutmadığına görə bu addımı atıb: “Səhər saatlarından Xüsusi Dövlət Mühafizə Xidməti prezidentin mühafizəsi ilə bağlı işini görmür. Lakin bu prezidentə əhali ilə görüçməyə mane olmayacaq”.
DOSTLARINLA PAYLAŞ: