Saakaşvili "İlin siyasətçisi" seçilib
25 Dekabr 2010 Şənbə 17:55
Gürcülər bu yerə ən yaxşı namizəd onu seçiblər
Gürcüstan prezidenti Mixail Saakaşvili “İlin adamı” nominasiyasında “Qızıl perqament-2010” mükafatının laureatı seçilib. Gürcüstan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, ölkə prezidenti Gürcüstan əhalisinin seçimi əsasında təltif edilib. Mükafatlandırma mərasimi paytaxt Tiflisdə keçirilib.
Ötən ilki səs vermədən fərqli olaraq bu il qalibləri seçmək üçün sorğuya 2600 respondent cəlb edilib. Təqdim edilən bütün namizədlərin adları xüsusi sorğu anketinə daxil edilib. Bununla bağlı isə GCG konsultansiya-tədqiqat qrupu bütün Gürcüstan miqyasıda araşdırma aparıb. Bu dəfə isə namizədləri şirkət nümayəndələri və təşəbbüskar qrupların təmsilçilər təşkil edib.
Mükafat 11 nominasiya üzrə təqdim edilib: “İlin siyasətçisi”, “İlin iş adamı”, “İlin incəsənət xadimi”, “İlin jurnalisti”, “İlin idmançısı”, “İlin layihəsi”, “İlin şirkəti”, “İlin brendi”, “İlin kommunikatoru” və “İlin xarici şirkəti”.
Qeyd edək ki, “İlin xarici şirkəti” mükafatına Azərbaycanın Dövlət Neft Şirkəti layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: