Saakaşvili ilə söhbətdən sonra ABŞ səfiri xəstəxanaya aparıldı
23 May 2011 Bazar Ertəsi 20:04
Ürəyində problemlər yaşayan diplomat Con Bass Tiflis klinikarlarının birinə yerləşdirilib.
ABŞ-ın Gürcüstandakı səfiri Con Bass Tiflis klinikalarının birinə yerləşdirilib. Yerli “Asaval-dasavali” qəzetinin məlumatına görə, xəstəxanaya düşməmişdən əvvəl amerikalı diplomatın prezident Mixail Saakaşvili ilə çox gərgin söhbəti olub. Konkret olaraq Bass Saakaşvilidən müxalifətçilərə qarşı güc tətbiq etməməyi tələb edirdi.
Nəşrin iddiasına inansaq, məhz bu söhbətdən sonra isə səfirin ürəyində problemlər yarandı. İş ondadır ki, “Asaval-dasavali”yə bu məlumatı sızdıran mənbə şəxsən səfir Bass Tiflisin Taşkent küçəsində yerləşən klinikada görüb. Onun sözlərinə görə, diplomat buraya prezidentlə görüşdən sonra gətirilib.
Maraqlıdır ki, ABŞ-ın Gürcüstandakı səfirliyi hələlik bu məlumata hər hansı şərh verməyib. Səfirin müalicə aldığı klinikada isə xəbəri nə təsdiq, nə də təkzib ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: