Saakaşvili də botoksa əl atdı
31 May 2013 Cümə 17:53
Gürcüstan prezidentinin dövlət vəsaitləri hesabına iki plastik əməliyyat keçirdiyi iddia olunur.
Gürcüstan prezidenti Mixail Saakaşvilinin xüsusi mühafizə xidmətinin büdcəsindən əsassız xərclər etdiyi haqda bəzi sənədlər ortaya çıxıb. ANS PRESS-in "Gruziya online" saytına istinadən verdiyi məlumata görə, Saakaşvili Nyu-York klinikalarının birində iki botoks əməliyyatı keçirib. Gürcüstan prezidentinin birinci əməliyyatı 2009-cu ilin 23 fevralında 5600 dollara, ikincisi isə 2011-ci ilin 23 sentyabrında 5800 dollara başa gəlib. Hər iki əməliyyatın büdcə hesabına gerçəkləşdirildiyi bildirilir.
Möhürlü məxfi sənədlərin birində göstərilir ki, Gürcüstan prezidenti çılpaq amerikalı aktrisanın portreti üçün 5993 funt sterlinq ödəyib. Bundan başqa, Saakaşvili “Radisson” mehmanxanasında amerikalı sahibkar Kristin Vusavın qalmasının xərclərini qarşılayıb və ona 6 668 lari həcmində idman ayyaqabı alıb.
Gürcüstan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Xatuna Payçadze Mixail Saakaşvilinin ifadəsinin alınacağını istisna etməyib.
DOSTLARINLA PAYLAŞ: