Saab avtomobil şirkəti bağlanır
21 Dekabr 2009 Bazar Ertəsi 14:15
ABŞ-ın «General Motors» (GM) konserni özünə məxsus Saab avtomobil şirkətini ləğv etmək niyyətindədir.
«APA-ECONOMICS»in məlumatına görə, əvvəllər «Saab» şirkətini satmaq niyyətində olan GM arzusuna çata bilməyib. Belə ki, ilk öncə «Saab»ın alınmasından İsveçin «Koenigsegg» şirkəti, daha sonra isə Hollandiyanın «Spcker» şirkəti imtina edib. Məhz bundan sonra GM rəsmiləri «Saab» şirkətini tədricən ləğv edəcəklərini bildiriblər.

Şirkətin ləğv olunmasına baxmayaraq, «Saab» təchizatçılar qarşısında bütün öhdəliklərini yerinə yetirəcək. Buna baxmayaraq, GM yaxın gələcəkdə «Saab» şirkətinin bütün modellərinin istehsalını dayandıracaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar