S.Dəmirəl və M.Yılmaz AKP-dən namizəd olacaq
25 Mart 2011 Cümə 07:02
Türkiyə siyasətinin məşhur simaları ilə eyni ad və soyadı daşıyan şəxslər namizədliklərini AKP-dən irəli sürüb
İyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkiləri üçün minlərlə ölkə vətəndaşının namizədlik üçün müraciətləri davam edir. Müraciət edənlərin arasında Süleyman Dəmirəl və Məsud Yılmaz da var. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl və sabiq baş naziri Məsud Yılmazla eyni ad və soyadı daşıyan şəxslər namizədliklərini AKP-dən (hakim Ədalət və İnkişaf Partiyası) irəli sürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar