Rza Zərrabın iranlı ortağı həbs olunub
30 Dekabr 2013 Bazar Ertəsi 19:37
Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu bildirilən Babək Zəncani İranda saxlanılıb.
Bu barədə “Fars” agentliyi İran Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb. B. Zəncani İran neftinin “qara bazar”da satışından qanunsuz gəlir əldə etməkdə günahlandırılır.
Qeyd edək ki, Türkiyədə rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə aparılan istintaq işində adı keçən iranlı iş adamlarının ölkəyə tətbiq olunan embarqo sayəsində qeyri-leqal gəlirlər əldə etdikləri haqda xəbərlər yayıldıqdan sonra İran prezidenti Həsən Ruhani vitse-prezident İshaq Cahangiriyə bu məsələnin araşdırılması barədə göstəriş verib. O, dövlətin verdiyi özəl imtiyazlardan faydalanaraq qanunsuz gəlir əldə edən şəxslərin müəyyənləşdirilməsi və barələrində təhqiqat aparılmasını tələb edib.
DOSTLARINLA PAYLAŞ: