Rza Zərrab haqqında açıqlama
02 Mart 2014 Bazar 13:40
Rəcəb Tayyib Ərdoğan həbsdən şərti azadlığa buraxılan Rza Zərrab haqqında danışıb.
ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Rza Zərrabın məhkəmə prossesinin davam etdiyini deyib:
“Rza Zərrabı təxliyyə etdilər. Amma onun məhkəmə prossesi hələ davam edir. O, sadəcə məhbus kimi qalmadı. Onun təxliyyəsinə baxmayaraq prosses hələ davam edir. Barəsində olan Xüsusi Təyinatlı Məhkəmə qərarı ləğv edildi”.
Rəcəb Tayyib Ərdoğan barəsində yayılan gizli telefon danışıqlarının montaj olması xəbərlərinə də aydınlıq gətirib. O, qeyd edib, oğlu Bilal Ərdoğanla aralarında keçən gizli telefon danışıqlarına görə məhkəməyə müraciət edəcək: “Bizimkilərin indiki halını 10 il əvvəlcədən aşkar etsəydik, təbii ki davranışım başqa olardı. Hazırda vəkillərlə bu istiqamətdə iş aparılır. Dinləmələrdə iştirak edən hakimləri məhkəməyə verəcəm. Mənim fikrimcə dinlənilən hər kəs məhkəməyə müraciət etməlidir”.
DOSTLARINLA PAYLAŞ: