Rüşvətxor məmurlar pulu küçəyə səpələdi
25 İyun 2010 Cümə 17:05
Rüşvətxor məmurlar pulu küçəyə səpələdi. Əməliyyatçılar küçədən paçkalarla pul yığıb.
Rusiyada 10 milyon rubl (320 833 dollar) rüşvət alan məmurlar izləndiklərini anlayaraq pulları küçəyə səpələyiblər. Əvvəlcə FTX əməkdaşlarının müşahidəsi altında olduqlarını hiss edərək “Kadillak Eskaleyd” markalı maşınla qaçmaq istəyən iki məmur avtomobillərini başqa bir maşına çırpıblar. Qaçmağa ümid qalmadığını anladıqdan sonra isə onlar avtomobildəki puldan yaxa qurtarmaq istəyiblər. Baxmayaraq ki, əməliyyatçılar pulların yığılmasına bir neçə dəqiqə sərf etməli olublar, rüşvət almaqda şübhəli bilinən hər iki şəxs yaxalanıb.
Rusiya Balıq Ovu Dövlət Komissiyasının əməkdaşları olan saxlanılanlar bir neçə şirkətlə balıq ovuna dair müqavilə imzalandığından onlardan külli miqdarda rüşvət tələb edirmişlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: