Rüşvət da bahalaşdı
18 Oktyabr 2011 Çərşənbə Axşamı 18:43
Rusiya daxili işlər nazirinin müavini bir ildə rüşvətin orta məbləğinin 4 dəfə artdığını deyir.
Rusiyada rüşvətin orta ölçüsü 250 min rubla (təxminə 6375 manat) qədər qalxıb. Bu barədə Rusiya daxili işlər nazirinin müavini Sergey Bulavin bildirib. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, generalın etirafına görə, rüşvətin orta qiyməti təxminən 250 min rubl təşkil edir, xüsusi iri сinayətlərdə isə 2010-сu ildə 1,2 milyon rubl (təxminən 30 min 600 manat), bu il isə 1,5 milyon rubl (təxminən 486 min manat) təşkil edib.
İlin əvvəlindən rüşvətin miqdarı 4 dəfə artıb. Rusiya DİN-in məlumatına görə, rüşvətin orta məbləği 2010-сu ildə 61 min rubl təşkil edib. Amma həmin ildə də 2009-сu illə müqayisədə iri rüşvətlərin sayı xeyli artıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: