Rusiyanın Volqoqrad və Həştərxan vilayətlərinin sərhəddində yerləşən Znamensk qapalı hərbi şəhərciyində ruslarla qafqazlılar arasında baş verən qarşıdurma zamanı ölənlər var. ANS PRESS-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, davada təqribən 150 nəfər iştirak edib.
Faktla bağlı dələduzluq və qəsdən sağlamlığa ağır zərəryetirmə maddələri ilə cinayət işi qaldırılıb.
Xatırladaq ki, bu, ruslarla qafqazlılar arasında baş verən ilk hadisə deyil.