Rusların Belkekə hücumunun videosu yayıldı
23 Mart 2014 Bazar 12:55
Rusiya hərbçilərinin Ukraynanın Belbek şəhərindəki hərbi hissəsinə hücumunun video görüntüləri internetə yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, görüntülərdə rus hərbçilərinin hücuma hazırlığı, hərbi hissəni mühasirəyə aldığı və BTR-lərlə hərbi hissənin darvazasını sındıraraq içəri daxil olduğunu kadrlar yer alıb.

Qeyd edək ki, martın 22-də Rusiya ordusu Ukraynanın Belbek şəhərindəki hərbi hissəsini ələ keçirib. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya xüsusi təyinatlıları ənənəvi olaraq Ukrayna hərbçilərinə ultimatum irəli sürüblər. Sonra isə silah və işıq-səs qumbaralarından istifadə edərək hərbi texnikanın köməyi ilə darvazanı uçurub hərbi hissənin ərazisinə daxil olublar. Nəticədə, Ukrayna hərbçiləri silahı hərbi hissədəki silah və döyüş sursatı saxlanılan otağa təhvil verərək Ukrayna dövlət himnin sədaları altında hərbi hissəni tərk etməyə məcbur olublar.

Ukrayna Silahlı Qüvvələrinin Aleksandr Pokrışkin adına 204-cü taktiki aviasiya briqadasının ərazisinə həyata keçirilmiş hücum zamanı mətbuat nümayəndəsi və Ukrayna hərbçisi bədən xəsarətləri alıb.









DOSTLARINLA PAYLAŞ:

oyunlar