Ruslar Türkiyədə hava limanında qaldı
05 Avqust 2014 Çərşənbə Axşamı 17:50
Turistlər Rusiyaya qayıtmaq üçün müvafiq orqanlara müraciət ediblər.
Rusiyalı turistlər iki gündür ki, Türkiyədə hava limanında qalıb.

ANS PRESS-in məlumatına görə, Antalyaya tətilə gələn 30-a yaxın rus turist Rusiyada müqavilə imzaladıqları şirkət iflasa uğradığına görə, çətin vəziyyətə düşüb.

Belə ki, həmin turistlər əvvəlcədən bron etdikləri hotelə gəliblər, lakin hoteldən bildiriblər ki, onların müqavilə imzaladıqları şirkət iflasa uğradığına görə ödəniş həyata keçirilməyib.

Bundan sonra Antalya hava limanına gedən turistlər geriyə dönmək üçün təyyarəyə bilet tapa bilməyiblər.

2 gündür ki, hava limanında qalan turistlər Rusiyaya qayıtmaq üçün müvafiq orqanlara müraciət ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar