Krımda Sevastopol yaxınlığında beş Rusiya yedək gəmisi Ukrayna hərbi-dəniz qüvvələrinin gəmilərini mühasirəyə alıblar.
ANS PRESS-in məlumatına görəç, bu barələ yerli “TSN” telekanalı yerli vaxtla 19:30-da (Moskva vaxtı ilə 21:30-da) nümayiş etdirdiyi süjetdə bildirilib. Ukraynanın "Ternopol" və "Slavutiç" gəmiləri Strelets körfəzində dayanır. Rusiya gəmiləri Ukrayna gəmilərinin təxminən iki yüz metrliyində dayanıblar. “TSN” əməkdaşları Ukrayna gəmilərin zəng ediblər. Özünü təqdim etməyən hərbçilər bildiriblər ki, ruslar tərəfindən hücum gözləyirlər və müdafiə olunmağa hazırdırlar.
Hücum edənlərin üzərinə yanğın hidrantı səpiləcək. "Hərbi nizam oldu, bizə dedilər ki, hücum olacaq. Bizə vaxt veriblər və biz təslim olmamağı qərara almışıq. Beş yedək gəmisi var əhatəmizdə, zirehli gödəkcə və dəbilqə geymiş adamlarla doludur", - deyə dənizçilər bildiriblər.