Ruslar Samsuna qədər bərə yolu açdılar
20 Fevral 2013 Çərşənbə 14:58
Gələn ilin əvvəlinə bu xətlə ötürmə həcmini 100 min tona qaldırmaq planlaşdırılır.
Türkiyə və Rusiyanı Qara dəniz vasitəsi ilə birləşdirilən ilk dəmir yol-bərə xətti Qafqaz-Samsun bərəsi açılıb. ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, xəttə rəsmi qaydada bu ölklərin nəqliyyat nazirləri Binali Yıldırım və Maksim Sokolov start veriblər.
Rusiyanın Kranodar diyarı ilə Türkiyənin Samsun şəhəri arasında dəmir yol-bərə xəttinin açılması barədə saziş 12 may 2010-cu ildə Rusiya prezidentinin Türkiyəyə səfəri çərçivəsində bağlanıb.
"Marşrut 2010-cu ilin dekabr ayından test rejimində işləyir. Keçən il onun yük potensialı üç dəfə artıb və 40 min tondan artıq olub", - deyə Rusiya nəqliyyat naziri Maksim Sokolov vurğulayıb. Rusiyalı nazir daha öncə bildirmişdi ki, gələn ilin sonuna kimi marşrutla yük daşınması 100 min tona qalxacaq.
DOSTLARINLA PAYLAŞ: