Ruslar qərb banklarından pullarını geri çıxarır
15 Mart 2014 Şənbə 18:03
Ötən həftə 10 rus iş adamı tərəfindən ABŞ banklarından 6,6 mlrd. dollar vəsaitin çıxarıldığı bildirilir.
Rusiyanın nəhəng şirkətləri qərb ölkələri və ABŞ banklarındakı hesablarını geri qaytarmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, bank hesablarını geri qaytaran şirkətlər arasında “Sberbank”, “VTB” və “Lukoil” şirkətləri də yer alıb.

Rusiya şirkətləri ötən gün ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüş zamanı Krım məsələsi ilə bağlı heç bir razılıq əldə edilmədikdən sonra banklardakı hesablarını geri qaytarmağa başlayıb.

ABŞ mətbuatının yazdığına görə, ABŞ banklarından geri qaytarılan bank hesablarının dəyəri milyard dollarla ölçülür.
Sanksiya qorxusu Rusiya şirkətləri ilə yanaşı iş adamlarını da hərəkətə keçirib. Belə ki, ötən həftə 10 rus iş adamı tərəfindən ABŞ banklarından 6,6 mlrd. dollar vəsaitin çıxarıldığı bildirilir.

Xatırladaq ki, qərb ölkələri və ABŞ Krımda referendum keçirilərsə, Rusiyanın bu ölkələrindəki bank hesablarının dondurulacağını bəyan etmişdi.

Qeyd edək ki, sabah Krım Muxtar Respublikasında referendum keçiriləcək. Referendumda müsbət nəticə əldə olunarsa, bölgə Rusiyanın tərkibinə qatılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar