Ruslar öz qərarını dəyişdirdilər
14 Mart 2010 Bazar 18:15
Rusiyada "transfer pəncərəsi" aprelin 8-dək açıq qalacaq
Rusiya Peşəkar Futbol Liqası "transfer pəncərəsi"nin bağlanması ilə bağlı qərarını dəyişib. "Transfer pəncərəsi" əvvəlcədən nəzərdə tutulduğu vaxtda yox, daha gec bağlanacaq. Qeyd edək ki, ötən ilin dekabrında qəbul olunan qərara görə, "pəncərə" martın 18-də bağlanmalı idi. Lakin RPFL-in yeni qərarına əsasən, transfer müddəti aprelin 8-dək davam edəcək. Bu müddətdə klublar heyətinə yeni futbolçular qata biləcək.

Təbii ki, rusların bu qərarı daha çox azərbaycanlı futbolçuları sevindirməlidir. Çünki hazırda bir neçə futbolçumuzun Rusiya klublarına keçidi gündəmdədir. Araz Abdullayevin "Rubin"ə, Elnur Allahverdiyevin isə Premyer Liqanın başqa bir iştirakçısına transferi müzakirə olunur.

"Neftçi" Arazın keçidinə "hə" cavabı verib, digər gənc futbolçularının transferi isə prezident Sadıq Sadıqovun martın 23-də Kazana baş tutacaq səfəri zamanı müzakirə ediləcək. Elnur isə "Qarabağ"la razılaşa bilsə, aprelin 8-dək Premyer Liqa klublarından biri ilə müqavilə imzalaya bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar