Ruslar Misirdə fəlakətlə üzləşiblər
01 May 2013 Çərşənbə 07:50
Turistlər ac və susuz qalıblar.
May bayramını Misirdə keçirmək istəyən Rusiyalı turistlər əsl fəlakətə düçar olublar. Misirin "Savita Rezort" otelində istirahət edən yüzlərlə rusiyalı turist ac-susuz qalıblar və onlara heç bir xidmət göstərilmir.

ANS PRESS-in məlumatına görə bu barədə Rusiyanın Turoperator Assosasiyası məlumat yayıb. Otel rəhbərliyinin dəyişdirilməsinə görə, bütün personal iş yerlərini tərk ediblər.

"Bizdə olan məlumata görə, otelin sahibi dəyişib. Yeni rəhbərlik bütün əməkdaşları işdən azad edib və bu barədə partnyorlara məlumat verilməyib", - deyə Assosasiyanın direktoru Maya Lomidze əlavə edib. Onun sözlərinə görə, oteldə olan digər qonaqlar yerlərini dəyişbilər. "Savita Rezort"də hazırda yalnız Rusiyadan olan turistlər qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar