Ruslar indi də Ukraynanın Xerson vilayətinə girirlər
08 Mart 2014 Şənbə 22:31
Bu gün Rusiya əsgərləri Ukraynanın Xerson vilayətinin Çonqar qəsəbəsinin ərazisinə giriblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Çonqar şəhər sovetinin işçiləri bildiriblər. “Hərbçilər tarlaları minalayıblar, sərhəd dirəkləri üçün çalalar qazırlar”,- deyə onlar bildiriblər.
Çonqar sakinləri etiraz əlaməti olaraq evlərinin üzərində Ukrayna bayraqları asıblar. Həmçinin Ukrayna Müdafiə Nazirliyinin mətbuat mərkəzinin işçisi Vladislav Selenov öz “Facebook” səhifəsində yazıb ki, rus əsgərlər Xerson vilayətindəki Arbat dilinin ərazisinə giriblər. O, həmçinin əlavə edib ki, Arbat dili ərazisində ruslar müdafiə postu yaratmağı planlaşdırırlar. Çonqardakı buraxılış məntəqəsinin yanında sahə minalanıb və pulemyotlar dinc sakinlərə tərəf yönəldilib.
DOSTLARINLA PAYLAŞ: