Ruslar cəzalandırdı yoxsa dəniz?
11 May 2010 Çərşənbə Axşamı 17:45
Rezin qayıqla körfəzə buraxılan Somali quldurlarından xəbər yoxdur.
May ayının 5-də Rusiyaya məxsus “Moskva Universiteti” tankerini girov götürdüklərinə görə rus hərbçiləri tərəfindən həbs edilən və daha sonra azadlığa buraxılan dəniz quldurları Somali sahillərinə çata bilməyiblər. Rusiya Müdafiə Nazirliyindəki yüksəkçinli məmurun jurnalistlərə verdiyi məlumata görə, piratların körfəzdə batdığı ehtimal olunur.

"Moskva Universiteti" tankeri azad edildikdən sonra hərbçilər piratları sahildən 300 mil məsafədə hava ilə doldurulan rezin qayığa mindiriblər. Silahları əllərindən alınan piratlara heç bir naviqasiya avadanlığı və qida da verilməyib. Təqribən bir saatdan sonra isə qayığa yerləşdirilən radioötürücüdən qəbul edilən siqnal da efirdən itib. Hərbçilər bu fakta istinad edərək dəniz quldurlarının sahilə çatmadan Ədən körfəzində boğulduğunu bildirirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar