Rusiya prezideti Dmitri Medvedev ölkənin Ukraynadakı səfiri Viktor Çernomırdinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, prezident Medvedev Çernomırdini öz müşaviri təyin edib.
Daha konkret desək, MDB-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi vəzifəsi Çernomırdinə həvalə olunub. /ANS PRESS/