Rusiyanın peyki Ekspress-AM4R yere düşdü
16 May 2014 Cümə 10:27
Rusiyanın istehsal etdiyi en bahalı rabite peyki Ekspress-AM4R yere düşüb.
Rusiyanın “Ekspress-AM4R” en güclü rabite peyki Qazaxıstanın “Baykonur” kosmodromundan fezaya buraxıldıqdan bir neçe deqiqe sonra namelum sebebden “Proton-M” daşıyıcı raketden ayrılaraq yere düşüb. Bu barede “RİA Novosti” agentliyi “Roskosmos”a istinaden xeber verir.
“Proton-M” daşıyıcı raketin yere düşmesi Qazaxıstanın hüdudlarından kenarda baş verib. Rabite peykinin Altay diyarı erazisine ve ya Sakit okeana düşdüyü ehtimal edilir. Qezanın sebebleri müeyyenleşenedek “Baykonur” kosmodromundan “Proton-M” daşıyıcı raketlerin orbite buraxılması dayandırılıb.
Qeyd edek ki, raketin düşmesi neticesinde itirilen “Ekspress-AM4R” peykin deyeri 1 milyard rubl olub ve Rusiyanın indiyedek istehsal etdiyi en güclü rabite peyklerinden biri sayılır.
DOSTLARINLA PAYLAŞ: