Baltik dənizi donanmasının 3 hərbi gəmisi Livanın paytaxtı Beyrut limanına gəlib.
Rusiyanın Suriya sahillərində fəaliyyət göstərən Baltik dənizi donanmasının 3 hərbi gəmisi Livanın paytaxtı Beyrut limanına gəlib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmilərin Beyruta gəlməsinin səbəbi ehtiyatların yenilənməsi və hərbi heyətin dincəlməsi ilə bağlıdır.
Nazirliyin məlumatında gəmilərin yenidən Suriyanın Tarsus şəhərində yerləşən maddi-texniki bazaya yola düşəcəyi bidirilir. Rusiyanın Livandakı Səfirliyi Aralıq dənizində rus donanmasının gücləndirilməsini Yaxın Şərqdə davamlı qeyri-stabil vəziyyətdən yaranan təhlükə ilə əlaqələndirib.