Rusiyanın hərbi gəmiləri daha 25 il Ukraynada qalacaq
21 Aprel 2010 Çərşənbə 20:10
Medvedevlə Yanukoviç müvafiq razılığa gəlib. Rusiyanın hərbi gəmiləri daha 25 il Ukraynada qalacaq.
Rusiya Qara Dəniz Donanmasının Krımda qalma müddəti 25 ilə kimi uzadılıb. Bu barədə qərar Rusiya prezidenti Dmitri Medvedev və Ukrayna dövlət başçısı Viktor Yanukoviçin görüşündə qəbul edilib. Onlar bununla bağlı müvafiq razılaşma imzalayıb.
Rusiya prezidenti qeyd edib ki, razılaşma daha 5 il müddətinə uzadıla bilər. Medvedev bildirib ki, Qara dəniz donanmasının icarə haqqı və Rusiya qazının 30 faiz endirimlə Ukraynaya satılması texniki cəhətdən bir-birinə bağlıdır.
Xatırladaq ki, Moskva ilə Kiyev arasında Qara dəniz donanmasına dair bundan əvvəlki razılaşma 1997-ci ilin 28 mayında imzalanıb. Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Rusiya donanmasının Krımda qalmasına etiraz etmişdi. O, həmçinin icarə haqqının da qaldırılmasını tələb etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: