Rusiyanın hakim partiyası parlamentdə neçə yer alacaq?
05 Dekabr 2011 Bazar Ertəsi 01:18
Səslərin üçdən biri hesablandıqdan sonra “Yedinaya Rossiya” 49 faiz səslə liderdir.
Rusiyada ötən gün keçirilən parlament seçkilərində səslərin üçdən biri hesablanıb. Ən son məlumatlara görə, hakim “Yedinaya Rossiya” (Vahid Rusiya) partiyası səslərin təxminən 49 faizini qazanıb. Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurkov bildirib ki, ikinci yerdəki kommunistlərə 20, “Spravedlivaya Rossiya” (Ədalətli Rusiya) və Liberal Demokrat Partiyasına isə 13 faiz seçici səs verib.
Seçkilərdə seçici fəallığı 60 faiz olub.
DOSTLARINLA PAYLAŞ: