Rusiyanın gerbinə İslam rəmzi əlavə oluna bilər
16 Aprel 2011 Şənbə 16:37
Şimal qonşumuzun baş müftisi Talqat Tacuddin belə təkliflə çıxış edib.
Rusiya Federasiyasının dövlət gerbinə İslamən rəmzi olan aypara əlavə edilə bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir təkliflə Rusiyanın mərkəzi dini idarəsinin baş müftisi Talqat Tacuddin dövlət başçısı Dmitri Medvedev və baş nazir Vladimir Putin qarşısında çıxış edib.
Baş müfti gerbdə ikibaşlı qartalın başında olan tacın hər iki tərəfindəki xaçlardan birini aypara ilə əvəz etməyi təklif edir. İdeyanın müəllifi ayparanın gerbin mərkəzində yerləşdirilə biləcəyini istisna etməyib. Artıq Talqat Tacuddin yeni gerbin eskizini regionların müftilərinə göndərib.
Xatırladaq ki, Rusiya Federasiyasının hazırki gerbi 2000-ci ildə təsdiq olunub. Gerbdə Rusiyanın rəmzi olan ikibaşlı qartalın üzərindəki üç tac Böyük Pyotrun hakimiyyətinə bir işarədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: