Rusiyanın erməni deputatını 10 ilədək həbs gözləyir
21 Oktyabr 2010 Cümə Axşamı 11:50
Aşot Eqiazaryan fırıldaqçılıqda şübhəli bilinir.
Rusiya Dövlət Dumasının erməni mənşəli deputatı Aşot Eqiazaryan toxunulmazlıq hüququndan məhrum edilə bilər. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsi Dövlət Dumasından xüsusi iri həcmli fırıldaqçılıqlarda şübhəli bilinən erməni deputat Aşotu toxunulmazlıq hüququndan məhrum etməyi tələb edib.
Lakin Dövlət Dumasında yer alan Rusiya Liberal Demokrat Partiyası bəyan edir ki, fraksiyaya daxil olan deputat Aşot Eqiazaryanın harada olması barədə onlarda məlumat yoxdur. Onun ölkədən qaçdığı barədə şayiələr gəzməkdədir.
İstintaq erməni deputatın fəaliyyətində mütəşəkkil qrup tərəfindən xüsusi iri həcmdə həyata keçirilmiş fırıldaqçılıq əlamətlərini nəzərdən keçirir. Əgər bu təsdiq olunarsa, Aşotu 10 ilədək azadlıqdan məhrumedilmə cəzası gözləyir. Məhkəmə Pristavları Xidmətindən deputatın 200 milyon rubl həcmində borcunun yarandığı və bu səbəbdən onun səyahət kateri və “Ferrari” markalı avtomobilinə artıq həbs qoyulduğu bildirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: