Rusiyanın dövlət universiteti erməni KİV-ni ittiham etdi
28 Oktyabr 2010 Cümə Axşamı 12:05
TDU: “Ermənistan və Rusiya universitetləri arasında heç bir müqavilə imzalanmayıb”.
Azərbaycanın Rusiyadakı səfirliyi bir müddət əvvəl erməni mətbuatında erməni işğalı altında olan Xankəndidəki “Mesrop Maştots universiteti” və Rusiyanın təhsil ocaqları arasında “əməkdaşlıq müqavilə”lərinin imzalanması barədə yayılan məlumatlarla əlaqədar olaraq Rusiyanın Samara vilayətindəki Tolyatti Dövlət Universitetinə (TDU) müvafiq məktub ünvanlayıb. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfirliyimizə ünvanlanan cavab məktubunda bu barədə yayılan məlumatlar təkzib edilib.

Məktubda TDU-nun rektoru Mixail Kriştalın başçılıq etdiyi universitetin Xankəndidəki qeyri-qanuni “Mesrop Maştots universiteti” və ya Azərbaycanın işğal olunmuş torpaqlarında digər qurum ilə heç bir müqavilənin bağlanmadığını və bunun heç planlaşdırılmadığı bildirilərək erməni KİV-in yaydığı məlumatın TDU-nun prorektoru A.K.Abramyana məxsus bəzi ifadələrin qeyri-korrekt istifadə edilməsinə arxalandığı və gerçək vəziyyəti əks etdirmədiyi qeyd olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar