Rusiyanın daxili işlər naziri təcili olaraq Moskvaya çağırılıb
05 İyun 2009 Cümə 19:00
Buna səbəb Mahaçqalada Dağıstan DİN rəhbərinin qətlə yetirilməsidir

Yaltada MDB daxili işlər nazirləri şurasının iclasında iştirak edən Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyev  təcili  olaraq Moskvaya çağırılıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, onun geri çağırılması Dağıstan daxili işlər nazirinin qətli ilə əlaqədardır.

Qeyd edək ki, bu gün Dağıstan Respublikasının daxili işlər naziri Adilgəray Məhəmmədtahirova qarşı sui-qəsd olub. İlkin məlumata görə, hadisə Mahaçqalada Axmet-Xana Sultan küçəsində yerləşən “Mərakeş” restoranının banket zalının yanında baş verib.

Sui-qəsd nəticəsində nazir ürək nahiyəsindən aldığı güllə yaralarından xəstəxanada keçinib.


 

 

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar