Rusiyanın cənubunda vəziyyət yenidən gərginləşib
02 Avqust 2009 Bazar 18:00
İnquşetiyada naməlum şəxslərin hücumu zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qətlə yetirilib

 

Bu gecə İnquşetiyanın Malqobek rayonunda Rusiya Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının olduğu avtomobil atəşə tutulub. Nəticədə nazirliyin üç əməkdaşı həlak olub.

Dağıstanın paytaxtı Mahaçqalada isə naməlum şəxslər növbətçi patrul xidmətinə atəş açıb. Nəticədə iki milis əməkdaşı həlak olub.

Mahaçqala Daxili İşlər Nazirliyinin məlumata görə, patrul xidmətinə hücum etmiş şəxslərin tapılması üçün hazırda «Vulkan 5» şərti adı altında əməliyyat keçirilir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar