Rusiyanın baş naziri “Facebook” sosial şəbəkəsinin qurucusu ilə görüşüb - FOTO
01 Oktyabr 2012 Bazar Ertəsi 16:39
Rusiyanın baş naziri Dmitri Medvedev “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberqlə görüşüb.
.
APA-nın Rusiya bürosunun məlumatına görə, D.Medvedev M.Tsukerberqlə internetdə müəllif hüquqlarının qorunmasını müzakirə edib.

Rusiya baş naziri bu mövzunun Devil sammitində də müzakirə etdiyini söyləyib: “Hesab edirəm ki, qaldırdığım mövzu – internetdə müəllif hüquqlarının qorunması gələcək üçün çox vacibdir. Ona görə ki, bu, həm informasiya texnologiyaları xadimləri, həm də hüquqşünaslar üçün çox çətin problemdir. Fikrimcə, tərəflər arasında internetdə müəllif hüquqlarının qorunması məsələsində ortaq məxrəcə gəlmək lazımdır”.

M.Tsukerberq bildirib ki, “Facebook” özü müəllif hüquqlarının qorunması məsələsinə ciddi yanaşır: “Bizim xüsusi və müxtəlif məhsullarımız var ki, onlar müəllif hüquqlarının qorunmasına xidmət edirlər. Biz internetdə müəllif hüquqlarının qorunmasına maksimum dərəcədə çalışırıq və bu işdə az maraqlı deyilik”.

Görüşün sonda “Facebook”un yaradıcısı D.Medvedevə üzərində Rusiya baş nazirinin Facebook səhifəsinin ünvanı yazılan köynək hədiyyə edib.

Qeyd edək ki, oktyabrın 2-də “Facebook” sosial şəbəkəsinin yaradıcısı M.Tsukerberq Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrlə görüş keçirəcək və onlara mühazirə oxuyacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar