Rusiyanın Bakı-Ceyhan
18 Sentyabr 2009 Cümə 19:25
"Rosneft" şirkəti BTC-nin xidmətində maraqlı olduğunu bəyan edib
Rusiyanın "Rosneft" şirkəti Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft ixrac etməyə hazır olduğunu bəyan edib. Mətbuata açıqlama verən "Rosneft" prezidenti Sergey Bogdançikov rəhbərlik etdiyi şirkətin BTC xəttindən faydalana biləcəyini istisna etməyib.

"Türkiyə Almaniyadan sonra Rusiyanın ən böyük yanacaq istehlakçısıdır. Əgər layihə iki tərəfin iqtisadi mənfəətlərinə uyğun olsa, təbii ki, belə halda BTC ilə neftimizi ixrac edə bilərik", -deyə o vurğulayıb.

"Rosneft" prezidentinin sözlərinə görə, məsələnin detallarının müzakirəsi məqsədi ilə tərəflər arasında danışıqlar gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar