Rusiyanın anti-İsrail qətnamə layihəsini qəbul edilmədi
20 Noyabr 2012 Çərşənbə Axşamı 11:16
ABŞ-ın BMT TŞ-da sənədə veto qoyduğu ehtimal edilir.
Rusiya Qəzza zolağında zorakılığa son qoyulması və tərəflərin Yaxın şərq münaqişəsinin tənzimlənməsinə dair danışıqlar aparması tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib. BMT-nin Təhlükəsizlik Şurası ötən gün İsrailin noyabrın 14-də Qəzza zolağında başlatdığı əməliyyatla bağlı iki iclas keçirib.

Rusiyanın təqdim etdiyi sənədin məzmununa görə, Təhlükəsizlik Şurası Qəzza zolağında vəziyyətin gərginləşməsindən və əhalinin humanitar yardıma ehtiyacının artmasından dolayı narahatlığını ifadə etməlidir. Qətnamə layihəsinin mətnindən fələstinlilərin və yəhudilərin ünvanına birbaşa ittihamlar çıxarılıb.

Lakin dünən Rusiyanın xahişi ilə ikinci dəfə toplanan Təhlükəsizlik Şurası layihəni qəbul etməyib. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, Şura üzvləri artıq yekdil mövqe ilə jurnalistlərin qarşısına çıxmağa hazır idi, lakin son anda üzv ölkələrdən biri birgə bəyanatın qəbul edilməsinə razılıq verməyib. Vitali Çurkin bunun hansı ölkə olduğunu birbaşa deməsə də, bunun ABŞ olduğuna işarə vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar