Rusiyanı terror dalğası bürüyüb
18 Avqust 2009 Çərşənbə Axşamı 00:05
Rusiyanı terror dalğası bürüyüb. İndi də Mahaçqalada partlayış törədilib.

 

Bu gün Mahaçqalada "UAZ" markalı milis maşının getdiyi yolda partladıcı qurğu işə düşüb. ANS PRESS-in "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Şəhər Daxili İşlər İdarəsinin nümayəndəsi bildirib.

"Partlayış Mahaçqalada yerləşən Engels küçəsində, polis avtomobilinin hərəkəti istiqamətində baş verib. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yoxdur", - deyə o bildirib.

Onun sözlərinə görə, hadisə yerinə milis qüavvələri cəlb edilib, insidentin təfərrüatı araşdırılır.

Xatırladaq ki,bu gün Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərininin mərkəzində Dövlət Daxili İşlər Şöbəsinin binasında partlayış törədilib. Hadisə nəticəsində 19 nəfərdən artıq insan həlak olub.
/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar