Rusiyalı turist türkləri valeh edib
22 May 2011 Bazar 16:05
Janna Teklyova "Miss Apollon" gözəllik müsabiqəsinin qalibi olub
Türkiyənin turistik bölgələrindən olan Aydın şəhərində bu il 3-cü dəfə "Miss Apollon” gözəllik müsabiqəsi keçirilib. 16-24 yaş arası qızların qatıldığı müsabiqə əcnəbi turistlər arasında keçirilir. 19 gözəlin iştirak etdiyi yarışma rəngarəng səhnələrə səbəb olub.

Rəqs şousu göstərən, gecə və çimərlik geyimlərində səhnəyə çıxan əcnəbi gözəllərin münsiflər heyətinə sürprizi isə hərbi geyimdə rəqs etmələri olub.

Gözəllik müsabiqəsinin qalibi isə 1-ci nömrə altında çıxış edən rusiyalı Janna Teklyova olub. "Miss Apollon" tacını Teklyovaya ötən ilin “Apollon gözəli”, rusiyalı Natalya Çirkova təqdim edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar