Rusiyalı diplomat mülki məsələlərə görə öldürülüb
10 Sentyabr 2013 Çərşənbə Axşamı 14:14
Abxaziyada qətlə yetirilən Dmitri Vişernevlə bağlı qaranlıq məqamlara aydınlıq gətirilib.
Suxumidə öldürülən Rusiyanın Abxaziyada səfirliyinin konsul bölməsinin birinci katibi Dmitri Vişernevin qətli ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirilib.

ANS PRESS-in “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, Abxaziyada yaşayan ruslarla aralarında mülklə bağlı yaranmış münaqişə, sonda diplomatın ölümü ilə nəticələnib.

Məlumata görə, qatillər diplomatı öz evində qətlə yetirdikdən sonra qiymətli qızıl-zinət əşyalarını və mühüm sənədlərini də aparıblar.

Qeyd edək ki, diplomat öz əsas işindən başqa, Abxaziyada mübahisəli mülklərlə bağlı məsələlərin həll olunması ilə məşğul olurdu. Xüsusilə də, Abxaziyadan köçən gürcülərin mülklərinin satılması məsələsini həll edirdi.

Bildirək ki, Dmitri Vişernev sentyabrın 9-da Süxumidə yaşadığı evdə qətlə yetirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar