Simferopol hava limanında Ukrayna sərhəd xidməti ilə problemlər yaşayan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin səhhəti qəflətən pisləşib. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarədən yerə enmək qadağası ilə üzləşən Zatulinin səhhətində problemlər yaranıb. Buna səbəb kimi təyyarə salonundakı havanın hərarəti olub.
«Krımın Rus icması» təşkilatının nümayəndəsi Yuri Perşikovun sözlərinə görə, Zatulin sərhədçilərə müraciət edərək həkimlərin çağırılmasını istəyib. Lakin hələlik ona yardım edən olmayıb.
Qeyd edək ki, Zatulinin Ukrayna hökuməti ilə problemləri mövcuddur. Ukrayna tərəfinin rusiyalı deputatın ölkə ərazisinə buraxılmaması ilə bağlı qərarı var. Lakin buna rəğmən Zatulin Simferopolda keçirilən festivalda iştirak etmək üçün Ukraynaya səfər etmək qərarına gəlib.