Rusiyadan xarici banklara qadağa
23 Fevral 2013 Şənbə 21:29
Dövlət Duması ölkədə xarici bankların filiallarının açılmasına qadağa qoyan qanun qəbul edib.
Rusiyanın Dövlət Duması ölkədə xarici bankların filiallarının açılmasına qadağa qoyan qanun qəbul edib. Bunun üçün “Banklar və bank fəaliyyəti haqqında”, “Rusiya Federasiyasının Mərkəzi Bankı haqqında (Rusiya Bankı)”, “Valyuta tənzimi və valyuta nəzarəti haqqında” qanunlardan xarici bankların filialları anlayışı çıxarılır.

Belə bir qadağanın tətbiq olunması təklifini irəli sürmüş Rusiya hökuməti bu təşəbbüsünü onunla izah edib ki, Rusiyanın tənzimləyici orqanları xarici bankların filiallarını tam nəzarətdə saxlaya bilmir, çünki xarici bankların filiallarının fəaliyyət qaydası RF-nin yurisdiksiyasına aid deyildir. Bu mövqe Rusiyanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olması ilə bağlı danışıqların şərtlərindən biridir.

RF-nin qüvvədə olan qanunvericiliyinə görə, Rusiya ərazisində xarici bankların törəmə bankları, filialları və nümayəndəlikləri fəaliyyət göstərə bilər. Lakin xarici bankların filiallarının fəaliyyət rejimi xarici bankların törəmə təşkilatlarının fəaliyyəti rejimindən fərqlənir, çünki belə filiallar RF-nin yurisdiksiyasına aid deyildir. Yəni xarici bankların filialları RF-nin tənzimləyici orqanlarının tam nəzarəti altına düşmür.

Bununla belə, xarici bankların filiallarının Rusiya Bankı tərəfindən müəyyən edilmiş qeydiyyat qaydası olmadığından onların açılmasına qadağa indinin özündə faktiki olaraq qüvvədədir. Hazırda Rusiya ərazisində heç bir xarici bankın filialı qeydiyyata alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar